25 Noyabr, 2014
Bacı qardaşı üçün cinayətə əl atdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 16 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 178.2.2; 178.2.3: 178.2.4; 313 və 66.3 maddələrinə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əsgərağa Abış oğlu Sadatovun yanına qısamüddətli görüşə gəlmiş bacısı Səyyarə Abış qızı Sadatovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasının içərisindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Azercell” danışıq kartı aşkar edilərək götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!