25 Noyabr, 2014
Müsavatın rayon təşkilatının sədri istefa verdi

Müsavat Partiyasının Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyev partiyadan istefa verib.

Bu barədə APA-ya R. Əliyev özü məlumat verib.

O, istefasının səbəbini partiyada yaranmış vəziyyət və Arif Hacılının verdiyi qərarlarla əlaqələndirib: “Hikmət Hacızadənin olmadığı yerdə mən necə qala bilərəm? Bezmişəm artıq. Müsavatı Arif Hacılıya qurban verdilər”.

Qeyd edək ki, Müsavatın Bakı şəhər Suraxanı rayon təşkilatının fəallarından Faiq Nağıyev də partiya daxilində yaranmış vəziyyətlə əlaqədar partiyadan istefa verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!