25 Noyabr, 2014
AFFA-da Klublar Komitəsi yaradılacaq

AFFA-da daha bir komitə yaradılacaq. Simsar.az xəbər verir ki, assosiasiyada Klublar  Komitəsi fəaliyyət göstərəcək.

Belə ki, AFFA prezidentinin əmrinə əsasən Topaz Premyer Liqasında çıxış edən klubların nümayəndələrinin iştirakı qurum formalaşacaq. Bununla əlaqədar olaraq baş katibliyə Klublar Komitəsinin Əsasnaməsinin hazırlanmaq, iş prinsipinin müəyyənləşmək və nümayəndələrinin iştirakı ilə operativ olaraq fəaliyyətə başlanaq tapşırığı verilib.

Qeyd edək ki, bir müddət əvvəl AFFA-da Məşqçilər Komitəsi yaradılmasına qərar verilmişdi.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!