25 Noyabr, 2014
Alman – ingilis duelləri – AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında 5-ci tur start götürəcək. Simsar.az xəbər verir ki, oyun günündə 8 qarşılaşma baş tutacaq.

Növbəti mərhələyə vəsiqəni təmin etmiş “Bavariya” “Mançester Siti”nin qonağı olacaq. “E” qrupunun sonuncu pilləsində qərarlaşan İngiltərə təmsilçisi uğurlu nəticə ilə 1/8 final şanslarını qorumaq niyyətindədir.

Bir çox məsələlərin aydın olduğu “F” qrupunda PSJ və “Barselona” liderlik uğrunda yarışır. Hazırda qrup birincisi olan Paris təmsilçisi “Ayaks”la görüşdə qələbə qazanaraq taxtını möhkəmlətmək arzusundadır. “Barselona” isə APOEL-lə səfər matçında qələbəyə ümid edir.

Günün proqramını diqqətinizə çatdırırıq:

25 noyabr

E qrupu

21:00. CSKA (Moskva, Rusiya) - "Roma" (İtaliya)

23:45. "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya)

F qrupu

23:45. PSJ (Fransa) - "Ayaks" (Hollandiya)

23:45. APOEL (Kipr) - "Barselona" (İspaniya)

G qrupu

23:45. "Şalke" (Almaniya) - "Çelsi" (İngiltərə)

23:45. "Sportinq" (Portuqaliya) - "Maribor" (Sloveniya)

H qrupu

21:00.  BATE (Belarus) - "Portu" (Portuqaliya)

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Atletik" (Bilbao, İspaniya)

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!