25 Noyabr, 2014
Nazirliyə yeni şöbə müdiri təyin olundu

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinə müdir təyin olunub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Simsar.az-a bildirib ki, nazir Heydər Əsədovun imzaladığı əmrə əsasən, bu vəzifəyə İmran Cümşüdov təyin edilib.

Xatırladaq ki, cari ilin martın 17-də müvafiq əmrə əsasən adıçəkilən şöbənin müdiri Sabir Vəliyev ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!