25 Noyabr, 2014
Prosineçki millimizdə nə qədər qazanacaq?

Robert Prosineçkinin milli komandamızın baş məşqçisi olacağı dəqiqləşib.

Simsar.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı xəbər yayıb.

Məlumatda bildirilir ki, Parisdə müzakirələr aparan AFFA nümayəndələri və Prosineçki üç gün əvvəl yenidən bir araya gəlib və razılıq əldə olunub. Xorvatiyalı mütəxəssisin müqaviləyə əsasən 1.5 milyon avro qazanacağı da qeyd olunub. Həmçinin, xəbərdə dekabrın 2-də Prosineçkinin təqdimat mərasiminin keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Prosineçki dünən  Premyer Liqamızın 13-cü turunun “Xəzər-Lənkəran” - “Neftçi” görüşünü izləyib. Bundan əlavə o, "Qarabağ" Fransada "Sent Etyen"lə oyununu da canlı izləyəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!