25 Noyabr, 2014
Türkiyə qəbul etməsə, 300 uyğur güllələnəcək

Çin hakimiyyətinin zülmündən Taylanda qaçan uyğur türkləri, Türkiyə tərəfindən qəbul edilməzlərsə, Çində güllələnəcəklər.

Simsar.az “Channel 4”-ə istinadən xəbər verir ki, torpaqları əllərindən alınan, dini təziqlərə məruz qalan uyğurlar qurtuluş üçün çarəni Türkiyədə axtarırlar. Kanalın xəbərinə görə 300 türkün ümid səfəri Çinin işğalı altındakı Şərqi Türküstana qaçmaqla başlayıb.

Qrup buradan insan qaçaqmalçılarının köməyi ilə Taylanda keçib. Qaçqınların əksəriyyəti qadınlar və uşaqlardır. Ölümdən qaçmağa çalışan uyğur türkləri Malaziyaya çatmağa, sonra da Türkiyəyə keçməyə çalışırlarmış.

Tayland polisi isə onları 9 ay qabaq meşədə ac-susuz halda tapıb. Uyğurlar indi Türkiyənin onları qəbul etməsini gözləyirlər, əks halda Çinə qaytarılacaq 300 nəfər uyğur türkü güllələnəcək.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!