25 Noyabr, 2014
Boğaziçi körpüsü "Şah İsmayıl" adlansın - MÜRACİƏT

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Tunceli vilayətinə səfəri zamanı ölkədə yaşayan ələvilər hökumətdən Şah İsmayıl Xətainin adınını əbədiləşdirilməsini istəyiblər.

Bu barədə Simsar.az Türkiyənin "Kanal7" telekanalına istinadən məlumat verib. Məlumata əsasən, ölkədə yaşayan ələvilər İstanbulda tikiləcək körpüyə Sultan Səlim Yavuzun adının verilməsindən narahat olduqlarını və buna görə də Boğaziçi körpüsünün adının dəyişdirilərək Şah İsmayıl Xətai körpüsü qoyulması tələbi ilə çıxış ediblər.

Məlumatda o da qeyd olunur ki, bununla yanaşı, ölkə ələviləri hökumətdə ələvi nazir, müşavirlərin təyin olunması istəyi ilə də çıxış ediblər.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!