25 Noyabr, 2014
Ruhani Putinlə danışdı

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Simsar.az-ın məlumatına görə, ölkə liderləri İranın nüvə proqramı üzrə Vyana danışıqlarının nəticələrini müzakirə ediblər.

Putin və Ruhaninin telefon danışığı barədə Kremlin mətbuat xidməti məlumat yayıb:

"Vyanada İranla "altılıq" ölkələrinin xarici işlər nazirlərinin səviyyəsində keçirilmiş görüşdə nail olunmuş əhəmiyyətli irəliləmə müzakirə edilib".

Məlumatda bildirilir ki, telefon danışığı Ruhaninin təşəbbüsü ilə baş tutub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!