24 Noyabr, 2014
Göyçayda qəza: 3 ağır yaralı

Göyçay rayonunda iki minik maşını toqquşub, ağır xəsarət alanlar var.

Simsar.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,hadisə bu gün axşam saat 19:30 radələrində Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb.

Göyçayın Qızılağac kənd sakini, 1981-ci il təvəllüdlü Xəlilov Şamil Şahin oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn Ucar rayonu Qaracallı kənd sakini 1964-cü il təvəllüdlü Məmmədov Adət Məhəmməd oğluna məxsus “VAZ 21011” markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və Adət Məmmədovun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Rəqubə Qüdrət qızı ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!