24 Noyabr, 2014
Ağacla evləndi - FOTOLAR

Peruda baş verən hadisə hamını təəccübləndirib.

Simsar.az-ın məlumatına görə, perulu ətraf mühitin qorunması fəalı Riçard Torres ikinci dəfə ağacla evlənərək ətraf mühit problemlərinə diqqəti çəkib.

Qeyd edək ki, ilk belə hadisə Argentinada yaşanıb.

Gənc fəal nikahdan sonra ağacı öpüb və gəlin çiçəyini gənc qızlara atıb. Ətraf mühiti fəalı Torres “Perunun, Kolumbiyanın meşələri yox olur. Bu aksiyanı ətraf mühit problemlərinə diqqəti çəkmək üçün etdim. İnsanların etdiyi bu kəsimləri yenə insanların əli ilə dayandırmağı planlaşdırıram” deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!