19 Aprel, 2011
Növbəti genişmiqyaslı hərbi təlim keçiriləcək

Təlimdə ilk dəfə olaraq Azərbaycan istehsalı olan silah və hərbi texnikalar praktiki döyüş şəraitində nümayiş olunacaq

Bu ilin iyun ayında - Azərbaycan Silahlı Qüvvələr günü ərəfəsində növbəti genişmiqyaslı hərbi təlimin keçirilməsi planlaşdırılır. APA-nın məlumatına görə, təlimdə ilk dəfə olaraq Azərbaycan istehsalı olan silah və hərbi texnikalar praktiki döyüş şəraitində nümayiş olunacaq.

Təlimdə Azərbaycan istehsalı olan atıcı silahlardan, reaktiv atəş sistemləri və digər artilleriya silahlarından yerli müəssisələrdə istehsal olunmuş döyüş sursatları ilə real atışlar həyata keçiriləcək.

Bundan başqa, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin «Paramount Group» şirkəti ilə birgə istehsal etdiyi «Matador» və «Marauder» tipli nəqliyyat vasitələri, modernizasiya olunmuş texnikaların imkanları da nümayiş etdiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!