QƏTƏR
Simsar.az xəbər verir ki, Qətər əmiri Şeyx Temimin qatıldığı Riyad konfransından sonra Körfəzdə gərginlik bir müddət səngidi.
Qətər Şeyx Abdullah bin Samer əl Sanini Səudiyyə Ərəbistanına yeni səfir təyin etdi.
Səudiyyə Ərəbistanı və Bəhreyn səfirləri səkkiz ay aranın ardından Qətərə qayıtdılar.
Qətər Əmri Şeyx Təmim, Dubay əmiri Şeyx Xəlifə bin Zayid əl Nahyan başda olmaqla Körfəz liderlərinə yanvarda Dohada keçiriləcək Körfəz zirvəsi üçün rəsmi dəvətnamə göndərdi.
Həmçinin, Qətər 2019 Dünya Atletizm Çempionatına ev sahibliyi etməyə haqq qazandı.
Körfəzdə qonşu ölkələrlə münasibətlər qaydaya düşəndən sonra BƏƏ və Bəhreyn, yanvarda Qətərda baş tutacaq Həndbol Çempionatında iştirak edəcəklərini bəyan etdilər.
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayid əl Nahyan, BAE-nin yeni terror siyahısı ilə bağlı ilk dəfə danışdı. Terrorun yalnız əlinə silah almaqdan ibarət olmadığını söyləyən nazir, BAE-nin terror mövzusundakı dözümlülüyünün sıfır olduğunu ifadə etdi.
SƏUDİYYƏ ƏRƏBİSTANI
Səudiyyə Ərəbistanı Milli Keşikçilər Ordusu Naziri Şahzadə Muteyb bin Abdullah Əbdüləziz əl Səud, ABŞ səfəri çərçivəsində Obama və ABŞ-lı həmkarı Chuck Hagellə görüşdü. Danışıqların əsas mövzusunu İŞİD-lə mübarizə və İranın nüvə proqramı oldu.
Səudiyyə Ərəbistanı Kralı Abdullah Misir prezidenti Sisidən Riyaddakı Körfəz konfransında dəstəkləməsini və Qətərlə münasibətləri qayadaya salmağın vacibliyini vurğuladı.
BƏHREYN
Bəhreyndə keçirilən parlament seçkilərinə isə şiə müxalifətin boykotu damğa vurdu. Rəsmi məlumatlara görə, seçkidə iştirak edənlərin 50%-i müxalifət iştirakçılarının 30%-dən aşağı olduğunu iddia etdi.
Aysel Kərimova