24 Noyabr, 2014
“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasının XIV turunda keçiriləcək “Simurq” – “Qarabağ” matçının vaxtı dəyişdirilib.

Simsar.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi noyabrın 29-da deyil, noyabrın 30-da keçiriləcək.

Dəyişikliyə “Qarabağ”ın noyabrın 27-də Avropa Liqasının qrup mərhələsinin V turunda Fransada “Sent Etyen”lə qarşılaşması səbəb olub.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!