24 Noyabr, 2014
Özünü Qız Qalasından atdı

Bakının mərkəzində intihar hadisəsi baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 16.45 radələrində Qız Qalasında qeydə alınıb.

Orta yaşlı kişi özünü Qız Qalasından ataraq intihar edib. Onun şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!