24 Noyabr, 2014
TQDK seminar keçirdi

Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirilib.

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirilib.

Komissiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, gündəlik məsələ 2014-cü ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında Azərbaycan dili fənnindən istifadə edilmiş testtapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub.

Seminar “Dərslik portalı”nda canlı yayımlanıb.

(http://www.derslik.edu.az/news/?news=508).

Növbəti seminarda 2014-cü ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili aparılacaq.

Aysel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!