24 Noyabr, 2014
Müsavat 14 dekabra mitinq təyin etdi

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Divan üzvü Səxavət Soltanlı APA-ya açıqlamasında deyib ki, iclasda ictimai-siyasi məsələlər, dünən keçirilən ümumrespublika müşavirəsi barədə müzakirələr aparılıb.

Onun sözlərinə görə, partiya 10 Dekabr - Beynəlxalq İnsan Haqları günü ilə bağlı dekabrın 14-nə mitinq təyin edib.

Mitinqin keçmiş “Məhsul” stadionunda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndəriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!