24 Noyabr, 2014
“Millinin məşqçiləri hesabat verəcəklər” – Vaqif Sadıqov

Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvlüyünə namizəd mütəxəssislərin iştirakı ilə görüş keçirilib. Tədbirdə iştirak edən futbol mütəxəssisi Vaqif Sadıqov Məşqçilər Komitəsi ilə bağlı fikirlərini Simsar.az-la bölüşüb.

- Məşqçilər Komitəsinin yaradılması təşəbbüsünün necə dəyərləndirirsiniz?

- Bunu yalnız alqışlamaq olar. Bu təcrübə bir çox ölkədə var və özünü doğruldub. Biz də çalışmalıyıq ki, gördüyümüz işlərlə Azərbaycan futbolunun inkişafına töhfə verək. AFFA da belə bir komitənin yaradılmasının ölkə futbolunun inkişafına kömək olacağına inanır.

- Komitənin hansı səlahiyyətləri olacaq?

- Məşqçilər Komitəsi ölkənin təcrübəli məşqçilərindən təşkil olunacaq. Komitə, həm milli, həm də aşağı yaş qrupları ilə işləyəcək. Bundan əlavə, klub məşqçiləri ilə görüşmək imkanlarımız olacaq. Bunda da əsas məqsəd, gənc futbolçuları diqqətdə saxlamaqdır.

- Milli komanda ilə iş hansı formada həyata keçiriləcək?

- Millinin məşqçiləri Məşqçilər Komitəsinə hesabat verəcəklər. Həmçinin, görülən işlərdə komitənin tövsiyyələri nəzərə alınacaq.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!