24 Noyabr, 2014
DİN-dən Şəmkirdəki qətl hadisəsi ilə bağlı MƏLUMAT

Daxili İşlər Nazirliyi Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. Simsar.az-ın nazirliyin saytın istinadən verdiyi məlumata görə, noyabrın 24-də Şəmkir şəhərində şəhər sakini Firuz Zamanova məxsus mağazaya gəlmiş şəxsiyyəti məlum olmayan 2 nəfər münaqişə zəminində onu bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şiştəpə kənd sakinləri Laçın Məmmədov və Anar Qurbanov tərəfindən törədilməsi müəyyən edilib.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!