24 Noyabr, 2014
Azərbaycan millisi bir pillə gerilədi

Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb. Simsar.az xəbər verir ki, siyahıda dünyanın 151 ölkəsi yer alıb.

Ötən ay planetin 11-cisi olan Azərbaycan bu dəfə 12-ci pilləyə geriləyib. Milli komandanın hesabında 1391 xal var.

“Avro-2016”nın seçmə mərhələsində Azərbaycanın rəqibləri olacaq komandalardan Ukrayna 8-ci, Belçika isə 28-cidir. Komandamızın 4-cü rəqibi olmağa iddiaçılardan Yunanıstan 52-ci, Danimarka 60-cı, Bolqarıstan 79-cudusa, Cəbəllütariq əsas siyahıya düşən 96 yığma arasında yer almayıb.

 

İlk “12-lik”

1. İspaniya - 1915

2. Braziliya - 1910

3. İtaliya - 1748

4. Rusiya – 1743

5. Argentina – 1684

6. Portuqaliya - 1620

7. İran - 1584

8. Ukrayna – 1472

9. Kolumbiya - 1415

10-11. Çexiya - 1399

10-11. Yaponiya - 1399

12. AZƏRBAYCAN – 1391

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!