24 Noyabr, 2014
Sabah da soyuq olacaq

Bakıda və Abşeron yarımadasında sabah soyuq, arabir yağıntılı hava şəraiti davam edəcək. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 4-6, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 25-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gün ərzində Abşeron yarımadasında soyuq diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!