24 Noyabr, 2014
Araz Abdullayev “Neftçi”dən kənarlaşdırıldı

“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev klubun nizam-intizam qaydalarını pozduğuna görə cəzalandırılıb. Simsar.az xəbər verir ki, futbolçu ötən gün komandasının oyunöncəsi toplanışına gecikdiyi üçün məşqə buraxılmayıb.

Araz Abdullayevlə bağlı qəti qərar 13-cü turun oyunundan sonra keçiriləcək klubdaxili iclasda veriləcək.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!