24 Noyabr, 2014
Polis yol qəzasında öldü

Bakıda polis əməkdaşı yol qəzasında ölüb. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb. Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin polis baş serjantı, 1977-ci il təvəllüdlü Rüstəm Eldar oğlu  Mürsəlov idarə etdiyi 90- AP- 050 nömrə nişanlı, "KİA" markalı avtomobilİ "DAF" markalı qoşqulu yük avtomobilinə çırpıb. Nəticədə R.Mürsəlov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Polisdən R. Mürsəlovun 38-ci Polis Bölməsinin rəisi Turab Paşayevin sürücüsü olduğu və həmin nəqliyyat vasitəsinin xidməti avtomobil olduğu bildirilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!