24 Noyabr, 2014
Qazaxstanlı uşaqlar “İŞİD” bazalarında – FOTO - ŞOK

“İŞİD” tərəfindən yayılan son videoda təşkilatın İraq və Suriyadakı bazalarında qazaxstanlı uşaqlara hərbi təlimlər keçirildiyi görüntülənib.

Simsar.az-ın məlumatına görə, Qazaxıstandan 300-ə yaxın uşaq Suriyada “İŞİD”ə qoşulub. Görüntülərdə danışıqlar qazax dilində gedir.

Uşaqlara ilk olaraq ərəbcə oxuma və yazma dərsləri verilir. Uşaqlara atəş hazırlığı dərsləri keçirilir.

Görüntülərdə elan olunur ki, yaxın günlərdə “İŞİD” ordusuna qatılmaq üçün hazır olacaqları və Allahın “izni” ilə dünyanı silkələyəcəklər.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!