24 Noyabr, 2014
“Qarabağ”ın rəqibləri xal itirdilər

UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibi olan komandalar öz çempionatlarında növbəti oyunlarını keçiriblər. Simsar.az xəbər verir ki, Azərbaycan təmsilçisinin hər üç rəqibi xal itirib.

İtaliya “A Seriya”sında “Milan”la qarşılaşan “İnter” məğlub vəziyyətə düşdüyü matçdan bir xalla ayrılıb. “Dnepr” isə “Hoverla”nın müqavimətini qıra bilməyib.

Bu həftə doğma meydanda Ağdam təmsilçisini qəbul edəcək “Sent-Etyen” isə “Nant”la qolsuz heç-heçə edib.

“Milan” 1:1 “İnter”

“Dnepr” 1:1 “Hoverla”

“Nant” 0:0 “Sent-Etyen”

 

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!