24 Noyabr, 2014
Əfqanstan qan içində: Terrorda 55 nəfər öldü

Əfqanstanın Pktika bölgəsində voleybol qarşılaşmasında terror aktı törədilib.

Simsar.az-ın məlumatına görə, terrorçu üzərinə bağladığı bombanı partlatması nəticəsində 55 nəfər ölüb, 60 nəfər isə yaralanıb.

Yaralıların vəziyyətlərinin ağır olduğu, ölənlərin saynın isə arta biləcəyi bildirilib. Hadisə şahidləri terrorçunun motosikletlə kütlənin içinı girərək üzərindəki bombanı partlatdığını da bildiriblər.

Qeyd edək ki, Əfqanstan əcnəbi hərbiçilərin gələn ay ölkəni tərk etməsindən sonra da ABŞ və NATO hərbiçilərinin Əfqanıstanda qalmalarına imkan verən təhlükəsizlik razılaşması imzalamışdı. Terror aktının da məhz bu razılaşmaya qarşı çıxan qüvvələr tərfindən törədildiyi iddia edilir. Hadisə də razılaşmadan bir neçə saat sonra baş verib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!