24 Noyabr, 2014
İsrail “Yəhudilərin dövləti” olur – QANUN

İsraildə ərəblərə - müsəlmanlara qarşı gərginlik yüksəlməkdə davam edir.

Simsar.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, İsrail höküməti belə qarışıq durumda mübahisəli qanun layihəsi də hazırlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, yeni qanun layihəsi İsraili “Yəhudi xalqının milli dövləti” elan etmiş olacaq.

Layihəni tənqid edənlər isə əhalisinin 20 faizini təşkil edən ərəblərə və ölkədə demokratiyanın təməl prinsiplərinə zərər verəcəyini bildiriblər.

Ədliyyə naziri Tzipi Livni qanunun ərəblərə qarşı ayrıseçkilik olduğunu deyib.

Fələstin hökuməti isə bu qanunu torpaqları əllərindən alınmış fələstinlilərin evlərinə qayıtmaq haqqını əngəlləmək yolunda atlmış bir addım olaraq dəyərləndirib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!