23 Noyabr, 2014
Bakıda sərnişin avtobusları yandı

Bakıda sərnişin avtobuslarının yanma hadisəsi baş verib.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda qaraj təsərrüfatı şöbəsinin dayanacağında iki "Mercedes" markalı sərnişin avtobusları yanıb.

Dayanacaqda olan digər avtobuslar yanğından mühafizə olunub.

Saat 05:13-də baş verən yanğın yanğınsöndürənlər tərərfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!