23 Noyabr, 2014
Sevda Yahyayevadan mükəmməl "Yalan" - VİDEO - FOTO

Simsar.az xəbər verir ki, tanınmış estrada ulduzu Sevda Yahyayevanın ifasında qısa zamanda hitə çevrilmiş "Yalan" mahnısının klipi tamaşaçılara təqdim olunub.

Bir neçə saat bundan əvvəl YouTube kanalına yerləşdirilmiş ekran işinə rejissor Samira Avcı (Xasməmmədova) quruluş verib.

Sözləri Aygün İsmayılovaya, musiqisi Pərviz Mahmudova məxsus olan "Yalan" mahnısının klipi Xızı rayonunun Altıağac kəndində çəkilib.

Sevdanın imici üzərində peşəkar stilist Anar Ağakişiyev çalışıb.

Mükəmməl alınan "Yalan" klipini oxucularımız üçün yayımlayırıq.

Şahin Cavadsoy
Simsar.Az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!