22 Noyabr, 2014
Rus ordusu atəşə tutdu

20-ə yaxın hərbi texnika Rusiya ərazisindən Ukraynaya daxil olub.

Simsar.az-ın məlumatına görə, bu barədə Ukrayna mətbuatı yazır.

Xəbərə görə, Rusiyadan Ukraynaya girən hərbi texnika "İzvarino" sərhəd keçid məntəqəsində keçib. Onlar Luqansk vilayətinə tərəf gediblər.

Ötən gün isə Rusiya ərazisindən Ukrayna tərəfinin atəşə tutulduğu deyilir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmi nümayəndəsi Andrey Lısenko bildirib ki, Ukrayna ərazisi Rusiya ərazisində artilleriya vasitəsilə atəşə tutulub.

Onun sözlərinə görə, dünən də bu gün olduğu kimi Rusiyadan hərbi texnika Ukraynaya girərək Luqanska gedib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!