22 Noyabr, 2014
Təxribatlara sərt cavab

Ermənistan mətbuatının yaydığı anti Azərbaycan məlumatlarına əməkdar jurnalist Mais Məmmədov açıqlama verib.

Mais Məmmədov ANS-ə bildirib ki, Ermənistan tərfinin məlumatlarının hansının doğru olması son zamanlar beynəlxalq jurnalist ictimaiyyətinə çətinlik törədir.

"Amma hər halda isti-isti verilən məlumat daha dəqiq olur. Sonradan uğursuzluğu və cəmiyyətdə olan narazılıqları sakitləşdirmək məqsədi ilə araya atılan müxtəlif mülahizələr. Azərbaycan tərəfi hələ birinci Qarabağ müharibəsi vaxtlarından hər zaman meyitləri götürməyə imkan yaradıb. Bu Azərbaycan xalqının sülhsevər olduğunu və erməni xalqı ilə yox, Ermənistan rəhbərliyi ilə və təcavüzkar hərbi dairələri ilə apardığı mübarizənin göstəricisidir. Azərbaycan əsgərləri ölkəmizə qarşı vuruşanlarla vurşur və onların layiqli cavabını verir, meyitlərlə yox", deyə əməkdar jurnalist bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!