22 Noyabr, 2014
Yeni savaş başlayır

ABŞ prezidenti Barak Obama bir neçə həftə bundan əvvəl gizli şəkildə sərəncam imzalayıb.

Simsar.az-ın məlumatına görə, belə bir iddia ilə The New York Times qəzeti çıxış edib.

Qəzet yazır ki, Obamanın gizli əmri ABŞ Silahlı Qüvvələrinin Əfqanıstanda qeyri müəyyən müddətə "Taliban" terrorçu qruplaşmasına qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirməsindən ibarətdir.

Prezidentin əmrində o da nəzərdə tutulub ki, hərbi əməliyyatlarda ABŞ qırıcıları, bombardmançı və pilotsuz təyyarələr də iştirak etsin.

Qəzetin yazdığına görə, yeni hərbi əməliyyatlar Əfqanıstan ordusunun dəstəyi ilə keçiriləcək.

Qeyd edək ki, Obama may ayında bəyan etmişdi ki, ABŞ qqoşunları 2015-ci ildən Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etməyəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!