19 Aprel, 2011
Balakən rayonunun inzibati ərazisi genişləndirilir

Azərbaycanın Balakən rayonunun inzibati ərazisi genişləndirilir

Simsar.az -ın məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin çərşənbə axşamı keçirilən iclasında "Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.

Komitənin sədri Arif Rəhimzadə bildirib ki, Parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olan qanun layihəsi Balakən şəhərinin genişləndirilməsinə, abadlaşdırılmasına, yeni infrastrukturun yaradılmasına və əhalinin sosial həyat tərzinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Layihədə Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsinin Balakən şəhərinin inzibati ərazisinə verilməsi nəzərdə tutulub.

Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!