22 Noyabr, 2014
“Yarım tonluq qatil” - Dünyanın ən kök qadını 320 kilo arıqladı

Dünyanın ən kök qadının inanılmaz iradəsi bütün dünyanı heyrətə salıb.

ABŞ-lı Mayra Rosales 500 kiloluq çəkisiylə rekordlar kitabına düşmüşdü. 2008-ci ildə dünyanın ən ağır qadını yerindən qalxmaq bir yana, heç tərpənə də bilmirdi. Həmin il Mayre ciddi müalicə rejiminə başladı və iradə qalib gəldi.

2008-ci ildə bacısı oğlunun üstünə yıxılaraq uşağın ölümünə səbəb olan Rosales, məhkəmə tərəfindən ölümə səbəb olma maddəsi ilə həbs edilib. “Yarım tonluq qatil” olaraq tanınan qadın, bu bədbəxt hadisədən sonra arıqlamağa qərarı verdi.

Rosales 5 illik gərgin mübarizə nəticəsində çəkisini 500 kilodan 181 kiloya salmağı bacarıb. O, hədəfinin 100 kilo olduğunu bildirib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!