22 Noyabr, 2014
İslam Partiyası mitinq qərarı verdi – ÖZƏL

Azərbaycan İslam Partiyası (AİP) mitinq qərar verib.

Bu barədə Simsar.az-a partiya sədrinin siyasi məsələlər üzrə müavini Hacı Akif Heydərli məlumat verib.

A.Heydərli deyib ki, yaxın günlərdə mitinqin keçiriləcəyi tarixlə bağlı mediaya məlumat veriləcək. Həmçinin, yerin ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ünvanlanacaq.

O bildirib ki, BŞİH partiyanın əvvəllər təyin etdiyi mitinqlərə yer ayırmayıb. “Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həmin gün eyni məkanda mitinq keçirəcəyi ilə əlaqələndirdilər. Biz də bu cür bəhanələrə son qoymaq üçün yeni mitinqin keçirilməsi üçün qərar verdik. Mitinqin vaxtı ilə bağlı müzakirələr davam etdirilir”.

A.Heydərli mitinqi keçirməkdə israrlı olduqlarını da deyib.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!