22 Noyabr, 2014
Obama 5 milyon qaçqını sevindirdi – QƏRAR

Rəsmi Vaşinqton ABŞ-da qeyri qanuni yaşayan milyonlarla miqrantın taleyi ilə bağlı önəmli addım atıb.

Simsar.az xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın imzaladığı yeni əmrlə 5 milyona yaxın miqrantın ölkədən deportasiya edilməsinin qarşısını alınıb.

Obama Ağ Evdə etdiyi 15 dəqiqəlik çıxışında deyib ki, əsas məqsəd ABŞ-da qanunsuz yaşayan ailələrin yox, cinayətkarların deportasiya edilməsidir: “Ölkədə 5 ildən çox yaşayan, ABŞ vətəndaşı və ya valideyini “Yaşıl kart” sahibi olan, cinayət işləməmiş, qanunsuz miqrantlara ölkədə müvəqqəti yaşama hüququ veriləcək”.

Obama çıxışında ABŞ-ın qaçqın ölkəsi olduğuna da işarə edib: “Biz də bir zamanlar gəlməydik”.

Bu qərardan sonra miqrantların 40%-nə işləmək icazəsi veriləcək.

Respublikaçılar isə prezidentin bu məsələdə tək başına qərar verməsini, ölkə qanunlarını pozmaq kimi dəyərləndirib.

Qeyd edək ki, ABŞ-da 11,3 milyon qaçqının yaşadığı təxmin edilir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!