22 Noyabr, 2014
Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Simsar.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-dən 28-dək Ankara şəhərində Təbii fəlakətlər zamanı humanitar yardım əməliyyatları kursu keçiriləcək. Noyabrın 25-dən 30-dək Antaliya şəhərində 31-ci Beynəlxalq Qastroenteroloji konfransı baş tutacaq. Noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində Hərbi qulluqçu mübadiləsi olacaq.

Bundan başqa, noyabrın 24-dən dekabrın 19-dək Rumıniyanın Braşov şəhərində Proqram və layihələrin idarə olunması kursu olacaq.

Tədbirlərə Azərbaycan hərbçiləri də qatılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!