22 Noyabr, 2014
İki məhkuma sosial müavinət verildi

Ombudsman Aparatının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyi müraciət əsasında Binəqədi rayon Polis İdarəsi tərəfindən cəzadan azad olunmuş 1 məhkum şəxsiyyət vəsiqəsi və sosial müavinət, 1 nəfər isə 420 manat məbləğində  birdəfəlik sosial müavinət  təmin edilib.

Bunu Simsar.az-a İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri Vüqar Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu cür yardımlar ancaq cəzadan tam azad olunmuş sosial ehtiyacları olan, yaşamağa yeri olmayan, ailə durumu aşağı səviyyəli məhkumlara verilir.

V. Məhərrəmov Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması qrupunun  istintaq müəssisələrində saxlanılan şəxslərin şəraiti ilə bağlı görüş keçirəcəyini də bildirib.

Aysel Kərimova

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!