22 Noyabr, 2014
Zibildən silah-sursat çıxdı - FOTO

Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub.

“Təmiz Şəhər” ASC-nin  mətbuat xidmətindən Simsar.az-a  verilən məlumata görə, tapılmış əşyalar polisə təhvil verilib.

Təhvil-təslim aktı ilə 12-ci polis bölməsinə 161 ədəd 7.62 çaplı təlim patronu, 38 ədəd 7.62 çaplı patron, 9 ədəd 5.45 çaplı patron, 2 ədəd radioötürücü, 1 ədəd radioötürücünün cərəyan dolama cihazı, 1 komplek hərbi durbin, 1 ədəd PDM-2 30 mm-lik mərmisi, 1 ədəd tüfəng qundağı aşkar edilib.

Qeyd edək ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənmiş tullantılar təkrar emal üçün hazırlanır.

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!