22 Noyabr, 2014
Türkiyə Ordusunun “qırmızı beretlilər”i İraqda

Türkiyə hərbçiləri İraqda “İŞİD”lə döyüşən kürd peşmərgə qruplarına təlimlər keçəcək.

Simsar.az yerli mediaya istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları - “qırmızı beretlilər” artıq bu istiqamətdə fəaliyyətə başlayıblar.

Məlumatlara görə, “qırmızı beretlilər” artıq bir aydır İraqdadırlar.

Baş Nazir Əhməd Davudoğlu məsələyə münasibət bildirərək deyib ki, İraqın təhlükəsizliyi Türkiyə üçün həyatı əhəmiyyətlidir: “Kürd bölgəsi də eyni önəm daşıyır. Türkiyə kürd bölgəsinin təhlükəsizliyi üçün lazım olan hər cür dəstəyi verəcək. Bu tarixi, humanitar və strateji bir məsələdir”.

Baş nazir Türkiyənin peşmərgənin Kobaniyə keçməsinə icazə verməsinin iki tərəf arasında yaranan etibarın ən bariz nümunəsi olaraq da diqqətə çatdırıb.

İraqda rəsmi səfərdə olan Davudoğlu daha sonra peşmərgəyə təlimin keçirildiyi Diyana Təlim Mərkəzinə və Zahodakı Berseve düşərgəsinə baş çəkib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!