22 Noyabr, 2014
“Feminist”lər Avropada keşişi girov götürdülər – FOTO

Feminizm hərəkatçıları Papanın Avropa Parlamentinə edəcəyi səfərin təxirə salınmasına nail olmaq üçün bir keşişi qaçırdıblar.

Simsar.az xəbər verir ki, siyasi məsələlərə çılpaq şəkildə etiraz etmələri ilə tanınan qadın təşkilatı “Femen” bu dəfə katoliklərin dini lideri Fransiskin AP-yə ziyarətinə qarşı çıxıb.

Ötən gün bir katolik keşişi qaçıraraq onunla yarıçılpaq şəkildə foto  çəkdirərək, sosial mediada paylaşıblar. Feminist qadınlar papanın səfərinə etiraz şüarlarını da tələblərində səsləndiriblər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!