22 Noyabr, 2014
Rusiya ərazisindən Ukrayna top atəşinə tutuldu

Rəsmi Kiev Rusiyadan Ukrayna ərazisinə artileriya atəşinə tutulduğuna dair məlumat açıqlayıb.

Simsar.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbri Andrey Lısenko bildirib ki, Belarusiyada razılaşdırılan atəşkəsdən sonra Rusiya ilk dəfədir ki, atəşkəsi pozaraq, Ukrayna ərazisini top atəşinə tutub.

İddialara rəsmi Moskvadan açıqlama gəlməyib.

Ancaq NATO Baş katibi Yens Stoltenberq isə rusların atəşkəs xəttinə ağır silahlar gətirdiklərini bildirib.

Baş katib Rusiyanı qoşunlarını geri çəkməyə və böhran tez bir zamanda həll eləməyə çağırıb. O, Rusiyanı beynəlxalq hüquqları pozmaqda ittiham edib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!