22 Noyabr, 2014
“Təxəyyül və şəxs” - FOTOSƏRGİ

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü və maliyyə dəstəyi ilə gənc fotoqrafın sərgisi keçirilib.  

Simsar.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin IV kurs tələbəsi Babək Novruzovun “Təxəyyül və şəxs” adlı fotosərgisi təşkil edilib. 60-a yaxın fotonun nümayiş olunduğu sərgidə Universitetin rektoru Fərəh xanım Əliyeva, müəllim-professor heyəti ilə yanaşı Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndələri Xalq artisti Ramiz Novruz, Əməkdar artistlər Vidadi Həsənov, Münəvvər Əliyeva və aktyor Hikmət Rəhimov da çıxış edərək, gənc fotoqrafın işlərini yüksək qiymətləndiriblər. Çıxışçılar həmçinin bu addımın özünü – gənc fotoqrafın sərgisinin təşkil olunmasını universitetdə  mədəni atmosferin formalaşması, gənclərin yaradıcı fəaliyyətinin stimullaşdırılması istiqmətində atılan mühüm addımlardan biri kimi dəyərləndirib və bu tipli tədbirlərin daha sıx-sıx təşkil olunması təklifini irəli sürüblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!