22 Noyabr, 2014
Cərimə təcridxanası standartlara cavab vermir – Ombudsman Aparatı

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması qrupu  7 saylı cəzaçəkmə müəssəsində monitorinq aparıb.

Bu barədə Simsar.az-a açıqlamasında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri Vüqar Məhərrəmov deyib.

Onun sözlərinə görə, monitorinq zamanı müəssisədəki cərimə təcridxanasının standartlara cavab vermədiyi bəlli olub: “Ümumiyyətlə müəssisədə şəraitin normallaşdırılması üçün Ombudsman tərəfindən Ədliyyə Nazirliyinə müraciət edilib. Bizim təkliflərimiz nəzərə alınaraq cərimə təcridxanası müasir standartlara uyğunlaşdırılacaq”.

V. Məhərrəmov əlavə edib ki, hazırda müəəsisənin binası köhnədir saxlanma kameralarının hamısı məhkumların saxlanılması üçün əlverişli deyil. 13 saxlanma hücrəsindən ancaq 3-nün saxlanma şəraiti normaldır.

 

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!