22 Noyabr, 2014
Portuqaliyanın keçmiş baş naziri həbs edildi

Portuqaliyada keçmiş hökumət rəhbəri Joze Sokrates ötən gün axşam saatlarında həbs edilib.

Simsar.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Socrates vergidən yayınma, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin  leqallaşdırılması və korrupsiyada təqsirli bilinir.

Portuqaliyanın keçmiş baş naziri Parisdən gələrkən Lissabon hava limanında saxlanılıb. Cinayət işi çərçivəsində daha 3 nəfər istintaqa cəlb olunduğu bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!