21 Noyabr, 2014
Aydın Mirzəzadə helikopteri vuran hərbçinin evində - Fotolar

Simsar.az-ın məlumatına görə, millət vəkili bu barədə şəxsi Facebook səhifəsində yazıb.

“Bu gün 12 noyabr 2014-cü il tarixində Ermənistan-Azərbaycan cəbhə xəttində Azərbaycan mövqeləri üstündə Ermənistan Silahlı Qüvvələrinin helikopterini vuran hərbiçimiz İ.M. ilə görüşə getdim.

Qəhrəmanımız sadə və mətin bir oğlandır. Söhbətindən Azərbaycan ordusunda əsgər, mütəxəssis və zabitlərin yüksək hərbi hazırlığının daima diqqət edildiyinə şahid oldum.

Ermənistan helkopteri öz cəzasızılığına ümid bəsləyərək əvvəllər də Azərbaycan mövqeyi üzərindən uçubmuş, ancaq bu dəfə öz cavabını alıb.

Cəbhə xəttində mövqelərimizin möhkəm olduğunu əminliklə dedi.

Cəbhə xəttində hərbi qulluğa könüllü getdiyini bildirdi. Onların kəndindən çox sayda gənc bu gün ordu sıralarında müddətdən artıq xidmət edən hərbi qulluqçu, gizir və zabit kimi qulluq çəkir.

Ailələrindən çox xoşum gəldi. Zəhmətkeş insanlardır, övladlarını halal çörəklə böyüdüblər. Babası Nehmət kişi isə "Nəvəm mənə oxşayıb, mənim qanımdır" dedi”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!