21 Noyabr, 2014
Ebola analizlərinin aparıldığı maşın qaçırıldı

Qvineyada naməlum şəxslər “Qırmızı Xaç”a məxsus avtomobili qaçırıblar.

Simsar.az musavat.com- istinadən xəbər verir ki, məlumatı Reuters yayıb.

Maşında Ebola virusu şübhəsi olan adamların qan analizləri konteyneri olub.

“Şübhəsiz ki, onlar konteynerin başqa şey olduğunu düşünüblər”, - “Qırmızı Xaç”ın Qvineyadakı nümayəndə heyətinin rəhbəri Yusuf Traore bildirib.

Onun fikrincə, oğrular içərisində daş-qaş olmadığını öyrəndikdən sonra konteyneri atacaqlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!