21 Noyabr, 2014
Avtomobillər aşdı: 1 ölü, 1 yaralı

Kürdəmir rayonu, Qarabucaq sovxozunda vətəndaşa məxsus "Hyunda" markalı minik avtomobili yolun kənarına aşıb.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə sürücü Vaqif Əlizadənin cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qazax rayonu, Çaylı kəndində isə vətəndaşa məxsus "Naz Lifan" markalı minik avtomobili yolun kənarına aşıb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!