21 Noyabr, 2014
Konfederasiyalar kuboku 4 şəhərdə

"Konfederasiyalar kuboku-2017"nin keçiriləcəyi şəhərlər müəyyənləşib.

Simsar.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Rusiyada baş tutacaq turnirin matçları Moskva, Sankt-Peterburq, Soçi və Kazan şəhərlərində oynanılacaq.

Konfederasiyalar kubokunun başlama vaxtı isə FİFA İcraiyyə Komitəsinin 18-19 dekabr tarixinə planlaşdırılan iclasında məlum olacaq.

Qeyd edək ki, turnirin 2017-ci il, 17 iyun - 2 iyul tarixlərində keçiriləcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!