21 Noyabr, 2014
Özbək liderin qızına növbəti RÜŞVƏT İTTİHAMI

Norveçin dövlətə birləşik telekomunikasiya firması olan “Telenor”un Özbəkistan bazarına girmək üçün, Özbəkistan prezidenti İslam Kərimovun qızına 92 milyon dollar verdiyi iddia edilib.

Simsar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki,  Norveç qəzetlərinin yazdığı xəbərdə “Telenor”un sahibi olduğu “Vimpelcom” şirkətinin Özbəkistan telekomunikasiya bazarına girmək üçün 2007-2010-cu illər arasında Kərimovun pop ulduzu, diplomat və ətir ticarəti ilə məşğul olan məşhur qızı Gülnarə Kərimovaya 92 milyon dollar pul verdiyini irəli sürüb. Ödəmə qərarının altında “Telenor”un altı səlahiyyətli şəxsinin imzası var. Rüşvət iddiaları ilə bağlı aparılan istintaqda, “Telenor”un yeddi idarə heyəti üzvünün ifadəsinin alındığı da  bildirilib.

Xatırladaq ki, haqqındakı rüşvət iddiaları səbəbiylə Özbəkistanın paytaxtı Daşkənddə təxminən doqquz aydır ev dustağı olan Kərimova İsveç telekomunikasiya şirkəti olan “TeliaSonera”ya lisenziya vermək üçün 300 milyon dollar rüşvət almaqda ittiham edilir.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!